Maaş və təqaüdlər bu qədər artacaq - AÇIQLAMA
16 Oktyabr 2024
15:51 - 7 Avqust 2024
Niger hakimiyyəti Ukrayna ilə diplomatik münasibətləri kəsdiyini elan edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd olunan məlumatlara görə, bu qərar Kiyevin respublikada silahlı terrorçuların hərəkətlərinə dəstək verməsi məlumatı ilə bağlıdır. Onlar Kiyevi “terrorçu qrupları dəstəkləməkdə” ittiham ediblər.
Malinin Ukrayna ilə diplomatik münasibətləri kəsmək qərarı “tələsik və dardüşüncəlidir”, - bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
Sənəddə qeyd olunur ki, Kiyev qeyd-şərtsiz beynəlxalq hüquqa, eləcə də digər dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə əməl edir.
“Biz Mali keçid hökumətinin “Ukraynanın beynəlxalq terrorizmə dəstəyi” ilə bağlı ittihamlarını qətiyyətlə rədd edirik”, - deyə Ukrayna Xarici İşlər Nazirliyi yekunlaşdırıb.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin