UEFA Çempionlar Liqasında pley-off mərhələsini keçməyi və nəhənglər arenasında mübarizə aparmağı hədəfləyən sarı-qırmızılılar flaş transfer etməyə hazırlaşır.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belə ki, transfer səylərini davam etdirən "Qalatasaray" " Trabzonspor "da çıxış edən Batista Mendi ilə maraqlanır .
Bazar dəyəri 9,5 milyon avro olan Mendi ötən mövsüm "Trabzonspor" ilə 28 matçda 1 qol və 1 məhsuldar ötürmə edib .
Həmçinin 24 yaşlı fransız futbolçu Fransanın gənclərdən ibarət milli komandalarında da oynamaq şansı qazanıb.