Ukrayna Almaniyanın Kiyevlə Kreml arasında danışıqlarda vasitəçi olmasına qarşı deyil.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı keçmiş səfiri Andrey Melnik deyib.
Melnik Almaniya kansleri Olaf Şoltsu Putinlə əlaqə saxlamağa və onunla Ukrayna üzrə danışıqları müzakirə etməyə çağırıb.
O qeyd edib ki, Almaniya səfirliyi hələ də Moskvada fəaliyyət göstərir.