Azərbaycan gömrüyünə bəyan edilməyən dərman preparatları aşkarlandı

18:35 - 14 Sentyabr 2024

Azərbaycan gömrüyünə bəyan edilməyən dərman preparatları aşkarlandı

Dövlət Gömrük Komitəsinin əməkdaşları Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirib.

 

Manset.az Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən gömrük orqanına bəyan olunmayan ümumilikdə 10 min 100 həbdən ibarət 5 adda dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin