Bakının bu qəsəbəsində tıxac yoxdur - Ev alanlara vacib xəbər

23:18 - 17 Sentyabr 2024

Bakının bu qəsəbəsində tıxac yoxdur - Ev alanlara vacib xəbər

Məktəb və universitetlərdə yeni tədris mövsümünün başlanması ilə birlikdə, paytaxt yollarında və ətraf qəsəbələrdə dəhşətli tıxaclar müşahidə olunur. Xüsusən, Aeroport yolu, Bakı-Sumqayıt şosesi və Lökbatan dairəsi istiqamətində paytaxtın mərkəzinə hərəkət etmək, sözün əsl mənasında məşəqqətə çevrilib. Bu isə Bakı və ətraf qəsəbələrin sakinlərinə ciddi problemlər yaradır. 

 

Lakin paytaxtda yaxın bir qəsəbə də var ki, oradan mərkəzə gəlmək, digər ərazilərə nisbətən xeyli asan və tez başa gəlir. Söhbət Bakıdan bir qədər aralıda yerləşən Hövsan qəsəbəsindən gedir.

Manset.az xəbər verir ki, Yenisabah.az mövzunun təfərrüatlarını araşdırıb. Yarımadanın cənub hissəsində yerləşən bu qəsəbədən 8 Noyabr prospektinə qədər olan yolda demək olar ki, günün istənilən saatında tıxac olmur. Hövsan qəsəbəsindən metronun “Əhmədli” və “28 May” stansiyalarına birbaşa marşurt xətləri fəaliyyət göstərir. Əlavə olaraq, sərnişinlərin daşınması üçün “manatlıq” taksi kimi tanınan minik maşınlar da var. 

Paytaxtın mərkəzinə gəliş-gedişin bu dərəcədə əlçatan olması, Hövsanda yerləşən evlərin və mənzillərin qiymətinə də ciddi təsir göstərir. Hazırda bu qəsəbədə daşınmaz əmlak alqı-satqısı pik həddədir. Yarımadanın bu istiqamətində cəmi 3 yaşayış məntəqəsi - Hövsan və Zirə qəsəbələri və Türkan kəndi yerləşir. Bu isə həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətini xeyli dərəcədə rahatlaşdırır. Məsafə olaraq Hövsan kimi Bakıya yaxınlığı ilə seçilən Masazır, Biləcəri, Binəqədi, Əmircan, Ramana, Zabrat kimi qəsəbələrdə isə günün pik saatlarında yüksək tıxaclar nəzərə çarpır. 

Yerli realtorların sözlərinə görə, Hövsanda həyət evlərinin qiyməti 50 mindən, bina evləri isə 60-70 min manatdan başlayır. Onlar satışların kifayət qədər yüksək olduğunu bildirirlər. Tətbiq olunan yeni qaydalardan sonra, əksəriyyəti “kupçasız” olan torpaqlara tələb nisbətən azalıb. Bakıda müşahidə olunan sıxlığın və tıxacların ildən-ilə artdığını nəzərə alsaq, bu qəsəbədən ev alanların çoxalacağını söyləmək olar.


Xəbər xətti

8 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin