Əliyev Bişkekdə qeyri-rəsmi şam yeməyində iştirak etdi
5 Noyabr 2024
09:00 - 9 Oktyabr 2024
Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun Geniş Kollegiya iclası keçirilib. Tədbir zamanı Baş prokuror Kamran Əliyev tərəfindən peşə bayramı münasibətilə müvafiq əmrlə təltif edilmiş bir qrup prokurorluq əməkdaşına mükafatlar təqdim edilib.
Manset.az-ın məlumatına görə, mükafat təqdim edilənlərin arasında Hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Fuad oğlu Əliyev də var.
Baş prokuror Kamran Əliyev ona "Prokurorluğun fəxri işçisi" döş nişanını təqdim edib.
Qeyd edək ki, "Prokurorluğun fəxri işçisi" döş nişanı prokurorluq əməkdaşlarına xidməti vəzifələrini nümunəvi icra etdiklərinə, prokurorluq oranlarında uzunmüddətli qüsursuz fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə təqdim olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin