Əsgərliyə son yaş həddi 30-a endirilir
13 Dekabr 2024
13:16 - 3 Noyabr 2024
Mağazadan toyuq alan vətəndaş evə gəlib toyuğu təmizləyəndə görür ki, aldığı məhsulun təxminən yarım kiloqramı buzdan ibarətdir.
Manset.az xəbər verir ki, üç toyuğun çəkisi üçün pul ödəyən vətəndaş evinə gəldikdən sonra görüb ki, aldığı məhsulun yarım kiloqrama yaxını buzdur.
Görüntülərlə bağlı qida eksperti Fuad Ağayev "Xəzər Xəbər"ə bildirib ki, toyuq istehsalında müxtəlif texnoloji proseslər aparılır ki, onların da bəzilərində su, buz, dondurma və şoklama kimi mərhələlər icra olunur. Ancaq burada bir istisna var.
"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli isə deyib ki, bütün toyuqlar kəsim vaxtı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlanılır və onlara satışdan əvvəl gündəlik olaraq baytarlıq arayışı verilir.
Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə də belə videolar tez-tez yayılır.
Ətraflı süjetdə:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin