Yunanıstanın paytaxtı Afinada qırmızı bülletenlə axtarışda olan 39 yaşlı Mehmet Nezir İşlek küçənin ortasında silahlı hücum nəticəsində öldürülüb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yunan mətbuatında çıxan xəbərlərə görə, 39 yaşlı İşlek axşam saatlarında avtomobilini küçədə saxlamaq istəyərkən hücuma məruz qalıb.
Hadisə yerində aparılan araşdırmalar zamanı 9 güllə gilizləri aşkar edilib. Polisin hücum edənləri tutmaq üçün araşdırma başlatdığı bildirilib.