COP29 çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçiriləcək

12:23 - 11 Noyabr 2024

COP29 çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçiriləcək

Noyabrın 13-də COP29 çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq mövzusunda liderlərin toplantısı keçiriləcək.

 

Manset.az xəbər verir ki, iclas Dünya İqtisadi Forumunun (DİF) 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə keçiriləcək. Tədbirdə DİF-in rəhbər şəxsləri, hökumət və özəl sektor nümayəndələrinin iştirakı gözlənilir.

Görüşdə enerji keçidi, təbii resursların idarə edilməsi və iqlim tədbirlərinin gücləndirilməsi sahələrində strateji əməkdaşlıq məsələləri müzakirə olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az