"Bu baş verərsə, bütün silahlarımızı istifadə edəcəyik" - Putin

21:10 - 28 Noyabr 2024

Qazaxıstanın paytaxtı Astana şəhərində KTMT Zirvəsi sonrası mətbuat konfransı keçirən Rusiya Prezidenti Putin, Ukraynanın Qərbin təchiz etdiyi uzaqmənzilli silahlarla Rusiyaya hücum etdiyini bildirərək, bunun Qərbin münaqişəyə müdaxiləsi olduğunu vurğulayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Putin, Rusiyanın bu hücumlara cavab verəcəyini və hədəflərin Müdafiə Nazirliyi tərəfindən müəyyən ediləcəyini açıqlayıb.

O, Rusiyanın "Oreşnik" raketini sınaqdan keçirdiyini və bu raketin gələcəkdə yenilənəcəyini bildirib.

Həmçinin, Ukraynaya nüvə silahı verilməsinin qarşısını alacaqlarını qeyd edərək, "Ukrayna nüvə silahına sahib olarsa, bu halda sahib olduğumuz bütün silahları istifadə edəcəyik. Buna icazə verməyəcəyik. Əgər Ukraynaya nüvə silahı rəsmi şəkildə verilsə, bu, "Nüvə Silahlarının Yayılmasının Əngəllənməsi Müqaviləsi" ilə bağlı bütün öhdəliklərin pozulması demək olacaq. Ukraynada buna icazə verməyəcəyik. Hər addımı izləyəcəyik" deyib.


Xəbər xətti

14 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin