Bakıda "Range Rover"dən 9400 dollar oğurlandı

11:57 - 03 Dekabr 2024

Bakıda \"Range Rover\"dən 9400 dollar oğurlandı

Bakının Nizami rayonu ərazisində avtomobildən oğurluq edilib.

 

Manset.az DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən zərərçəkmiş "Range Rover" markalı avtomobilindən 9400 ABŞ dollarının oğurlandığını bildirib.

Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 45 yaşlı N.Cəmilov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az