Fevralın 12-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində ICESCO-nun Mədəniyyət Nazirləri Konfransının
Manset.az xəbər verir ki, “Sosial-iqtisadi inkişafa mədəniyyətin təsiri” mövzusunda13-cü sessiyası öz işinə başlayıb. Tədbirdə ölkəmizi mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Sessiyada Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət naziri, Qətər Dövləti mədəniyyət nazirinin müavini, eləcə də Tatarıstan Respublikasının (RF) rəisi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi, BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) ali nümayəndəsi, ICESCO-nun baş direktoru açılış nitqləri ilə çıxış ediblər.
Ali nümayəndə Migel Anhel Moratinos öz çıxışında Azərbaycanın təşəbbüsü, BMTSA və ICESCO-nun tərəfdaşlığı ilə həyata keçirilən “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasının önəmindən danışıb və bu çərçivədə artıq təşkilat tərəfindən regionda “Gənc sülh qurucuları proqramı”na başlanıldığını vurğulayıb.
Daha sonra üzv ölkələrin nümayəndələrinin çıxışları dinlənilib.
Fevralın 13-də davam edən tədbirdə nazir müavini Fərid Cəfərov 13-cü sessiyaya sədrlik edən Səudiyyə Ərəbistanı tərəfinə təşəkkürünü bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti çərçivəsində ICESCO ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayan nazir müavini ötən konfransda "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmiş Azərbaycanın Şuşa şəhərində il ərzində təşkil olunmuş tədbirlər barədə məlumat verib. O, əlamətdar il çərçivəsində reallaşdırılan tədbirlərdə fəal iştiraka görə üzv ölkələrə təşəkkür edib.
Çıxışda həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dağıdılmış mədəni irsin qeydə alınmasında və sənədləşməsində ICESCO ilə əməkdaşlığın önəmi vurğulanıb. Bildirilib ki, ICESCO Azərbaycanda təşkil olunan qlobal əhəmiyyətli tədbirlərdə fəal iştirak edib. Heydər Əliyev Fondu ilə birgə məcburi köçkün qızların təhsilinə dəstək layihəsinin İslam dünyasında inkişafa yardım edən nümunəvi addımlardan biri olduğu da diqqətə çatdırılıb.
Həmin gün eyni zamanda üzv ölkələrin iştirakı ilə Ciddədə II İslam İncəsənəti Biennalesinin açılışı olub.
“...Və arada olan hər şey" adı altında keçirilən biennale bədii ifadə və sənətkarlıqda imanın rolunu araşdırır. Sərgidə 500-dən çox tarixi eksponat və 29 müasir incəsənət əsəri nümayiş etdirilir. Kral Əbdüləziz adına Ciddə Beynəlxalq Hava Limanında Qərbi Həcc Terminalında təşkil edilən sərgi yeddi komponentdən ibarətdir: "Başlanğıc", "Orbit", "Ehtiram olunan", "Örtük", "Müqəddəs", "İşıqlanmış" və "Dua və toplaşma yeri".
Sərgidə Vatikan da daxil olmaqla 30-a yaxın ölkənin kolleksiyalarında qorunan unikal İslam irsi nüsxələri təqdim edilir.
İslam dünyası Mədəniyyət Nazirlərinin 13-cü Konfransı keçirilir
11:21 - 14 Fevral 2025







Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

"Atamın kim olduğunu bilmirlər" - Hacıbaba Bağırovun qızı (VİDEO)

Venesiya festivalında kinomuzun möhtəşəm təqdimatı

"Tağıyev" filmi “Oskar”a namizəd oldu

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır

Paytaxtda İƏT Mədəniyyət Festivalı və “Yaradıcı həftə” keçiriləcək

Emin Rusiyada təxirə düşən konsertlərini bərpa etdi

Film layihələrinin pitçinq mərhələsinə start verilir

Şəbnəm Tovuzlu da hava limanında saxlanıldı - VİDEO

Adil Kərimli vətəndaşlarla görüşdü - FOTOLAR

Namiq Qaraçuxurlu Rusiyada saxlanıldı

“MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimindən FOTOLAR

Bu məktəblərə yeni rəhbərlər təyin olundular
Xəbər xətti
- 08 Sentyabr 2025
- 01:00 ABŞ ruslar üçün yeni viza qaydaları tətbiq etdi
- 00:30 Quraqlıq tarixi sirləri üzə çıxardı
- 07 Sentyabr 2025
- 23:41 İsrail naziri suriyalı həmkarı ilə görüşəcək
- 23:10 İstanbulun 6 rayonunda etiraz aksiyaları QADAĞAN EDİLDİ
- 22:47 Azərbaycan millisi gümüş medal qazandı
- 22:41 Armani ilə vidalaşmağa 10 mindən çox insan gəldi
- 22:19 Ronaldo həmin oğlanla dostlaşdı
- 21:48 Rusiya iqtisadiyyatını çökdürə bilər
- 21:23 Tramp Tokayevlə danışıqlar apardı
- 20:56 Qəzzada gün ərzində azı 46 nəfər həlak oldu
- 20:45 Azərbaycan millisi ilk dəfə FİNALDA
- 20:42 Böyük Britaniyada bir gündə min miqrant Kanaldan keçib ölkəyə gəlir
- 20:11 Almaniya əhalisi hakimiyyətdən narazıdır
- 19:47 Peskov Ərdoğanla türkcə danışdı
- 19:18 Şəmkirdə təcili yardım körpüdən aşdı - Yaralılar var
- 18:59 Vəbaya qarşı immunitet testi yaradıldı
- 18:39 Dembele Azərbaycan millisi ilə oynaya bilməyəcək
- 18:07 Yaponiya gəmilərinə "Starlink" quraşdıracaq
- 17:50 Türkiyə - İspaniya oyunu Azərbaycanda da canlı yayımlanacaq
- 17:45 Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
- 17:25 Goranboyda yük maşını obyektə çırpıldı
- 16:59 Türkiyədən Suriyaya qayıdan qaçqınların SAYI
- 16:42 Qüdsdə Netanyahuya qarşı ETİRAZLAR
- 16:13 “Dostluq” kəmərinə yeni ZƏRBƏLƏR
- 15:40 Britaniya hərbçiləri “görünməz" olacaq
- 15:19 Makron Fransanı idarəolunmaz vəziyyətə saldı
- 14:58 Azərbaycanda bu gecə “Qanlı Ay” müşahidə olunacaq
- 14:37 Ulduz futbolçularından PSJ-yə bəd xəbər
- 14:16 Rusiyanın itkiləri açıqlandı
- 13:51 Azərbaycan XİN Braziliyanı təbrik etdi
- 13:44 Azərbaycan - Ukrayna oyununun hakimləri açıqlandı
- 13:11 Belaruslu turist Elbrus dağında öldü
- 12:56 Bakıda külək, rayonlarda yağış, dolu - PROQNOZ
- 12:43 Günəşdə güclü partlayış oldu
- 12:18 Ronaldo 942-ci qolunu vurdu
- 11:54 İşiba istefa verəcək
- 11:41 "Atamın kim olduğunu bilmirlər" - Hacıbaba Bağırovun qızı (VİDEO)
- 11:37 Nəriman Axundzadə millinin heyətindən çıxarıldı
- 11:24 Leysan yağıb, duman olub - Faktiki hava
- 11:09 İlin sonuncu Ay tutulması başladı
- 10:58 Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azaldı - SƏBƏB
- 10:49 Rusiya Ukrayna hökumətinin binasını vurdu
- 10:24 Dünənki qəzada sərnişinləri belə xilas etdi - VİDEO
- 10:19 Əfqanıstanda zəlzələdə sağ qalanların axtarışları bitdi
- 09:58 Tramp və Si Cinpin gələn ay görüşə bilərlər
- 09:31 Alimlər yeni təhlükəli virus aşkarladı
- 09:00 Bu gün imtahan var
- 08:30 Günorta yatmağı sevənlərin nəzərinə - Bu halda ziyandır
- 08:00 1 damcısı 10 yaş gəncləşdirir
- 01:30 Bu futbolçu "Barselona"ya qayıdır
- 00:30 Bitkoin ucuzlaşdı

