Fevralın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Respublikasının mədəni mülkiyyətinin qanunsuz dövriyyəsi” mövzusunda aidiyyəti dövlət qurumları, hüquq mühafizə orqanları, ali təhsil müəssisələri, akademik dairələr və mütəxəssislərin iştirakı ilə dəyirmi masa keçirilib.
Manset.az xəbər verir ki, iştirakçıları salamlayan mədəniyyət naziri Adil Kərimli açılış nitqində bildirib ki, dəyirmi masanın əsas məqsədi mədəni mülkiyyətin qorunmasına cavabdeh qurumlar arasında koordinasiya üçün formatın müəyyən edilməsidir.
Qeyd olunub ki, Azərbaycanın mədəni mülkiyyətinin qorunmasının təməli Ulu öndər Heydər Əliyevin vaxtında qoyulub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu sahədə dövlət nəzarəti və tənzimləməsini təmin etmək məqsədilə mühüm addımlar atılıb: mədəni irsin əhatə dairəsi, onun mühafizə mexanizmi və inkişafı ilə bağlı institusional baza yaradılıb, dövlətimiz mədəni irsin və mədəni mülkiyyətin qorunması ilə bağlı bütün vacib beynəlxalq konvensiyalara qoşulub, konvensiyaların müddəalarının daxili qanunvericilikdə düzgün əks etdirilməsi məqsədilə qanunvericilik bazası təkmilləşdirilmişdir.
Vurğulanıb ki, ölkəmizdə mədəni irsin qorunması işinin təkmilləşdirilməsi istiqamətində, o cümlədən tarixi abidələrin monitorinqi, inventarlaşdırılması, bərpa və konservasiyası, tarix-mədəniyyət qoruqlarının fəaliyyəti, abidələrə qanunsuz müdaxilələrin qarşısının alınması və digər məsələlərlə bağlı davamlı iş aparılır.
Nazir çıxışında Birinci Qarabağ müharibəsi vaxtı və işğal illərində mənfur ermənilər tərəfindən Qarabağ və Şərqi Zəngəzurda daşınar və daşınmaz mədəni irsimizin məhv edilməsi və qanunsuz çıxarılmasını xüsusi vurğulayıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışdan sonra mədəniyyətimizin dirçəlməsi və qorunması prioritet istiqamətlərdən olub. İşğal dövründə ermənilər tərəfindən Qarabağdan qanunsuz olaraq çıxarılmış mədəni sərvətlərin bir qismi Ümummilli liderin iradəsi ilə geri qaytarılıb: “Buna bariz nümunə olaraq Şuşada Azərbaycanın üç dahi şəxsiyyəti – Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın ermənilər tərəfindən güllələnmiş və sonradan əridilmə məqsədilə qanunsuz olaraq ölkədən çıxarılmış bürünc heykəllərinin üçüncü dövlətin ərazisində müəyyən edilərək Azərbaycana qaytarılmasını göstərə bilərik”.
Adil Kərimli mədəni irs də daxil olmaqla mədəni mülkiyyətin qorunması və qanunsuz dövriyyəsi ilə mübarizədə, habelə mədəni irsin bərpası və digər fəaliyyətin bütün mərhələlərində sahələrarası əməkdaşlığın, qurumlararası əlaqələndirilmiş fəaliyyətin və mədəni irsin qorunmasına vahid yanaşmanın zəruriliyini xüsusilə vurğulayıb. Bildirilib ki, müvafiq məlumat bazalarının, o cümlədən mədəni mülkiyyətin vahid reyestri, müxtəlif siyahılar, instutisional təcrübə və yaddaşın bütün əlaqədar qurumlar üçün əlçatanlığı, sahə üzrə davamlı informasiya mübadiləsi vacib əhəmiyyət kəsb edir.
Nazir çıxışının sonunda dəyirmi masanın işinə uğurlar arzulayıb.
Sonra Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Biznes hüququ komitəsinin sədri Nazlı Əhmədovanın Azərbaycan Respublikasının bu sahədə qoşulduğu universal konvensiyaların məzmunu və tətbiqinə həsr olunmuş “Mədəni mülkiyyətin qanunsuz dövriyyəsi: beynəlxalq hüquqi çərçivə” mövzusunda təqdimatı dinlənilib.
Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı “Mədəni mülkiyyətin qanunsuz dövriyyəsi ilə mübarizədə gömrük orqanlarının rolu”, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Seymur Fətəliyev “Mədəni irsimizin qorunması: 1954 və 1970-ci il konvensiyaları üzrə fəaliyyət”, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrs və Muzeylər Baş İdarəsinin müdir müavini Bülent Gönültaş “Türkiyənin mədəni mirasının qorunmasına və mədəni irs qaçaqmalçılığı ilə mübarizəyə dair siyasəti” mövzularında təqdimatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov təmsil etdiyi qurum tərəfindən mədəni mülkiyyətin qorunması istiqamətində həyata keçirilən işlərdən danışıb.
Daha sonra mədəniyyət nazirinin müavini Fərid Cəfərovun moderatorluğu ilə davam edən dəyirmi masada mövzu üzrə müzakirələr aparılıb.
Müzakirələrdə Nazirlər Kabineti, Baş Prokurorluq, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Vəkillər Kollegiyası və digər aidiyyəti qurumların nümayəndələri, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyindəki bir sıra mədəniyyət müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Çıxışlarda mədəni mülkiyyətin qorunmasında müasir yanaşmalar və çağırışlar, mədəni irsin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, o cümlədən geniş maarifləndirmə işi və s. məsələlər üzrə fəaliyyətin davam etdirilməsinin zəruriliyi vurğulanıb, səmərəli fikir mübadiləsi aparılıb.
İncəsənət Muzeyində dəyirmi masa keçirildi - FOTOLAR
10:19 - 28 Fevral 2025







Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır

Paytaxtda İƏT Mədəniyyət Festivalı və “Yaradıcı həftə” keçiriləcək

Emin Rusiyada təxirə düşən konsertlərini bərpa etdi

Film layihələrinin pitçinq mərhələsinə start verilir

Şəbnəm Tovuzlu da hava limanında saxlanıldı - VİDEO

Adil Kərimli vətəndaşlarla görüşdü - FOTOLAR

Namiq Qaraçuxurlu Rusiyada saxlanıldı

“MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimindən FOTOLAR

Bu məktəblərə yeni rəhbərlər təyin olundular

Laçında “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” keçirilir - FOTOLAR

Batuxan Baymenin Bakıda sərgisi açıldı - FOTOLAR

Laçın Şəhəri Günü münasibətilə möhtəşəm konsertdən FOTOLAR
Xəbər xətti
- 05 Sentyabr 2025
- 01:30 Maşında ürəkbulanmanı dərmansız azaltmaq olar - NECƏ?
- 00:30 Yay transfer dönəmində ən çox pul xərcləyən 10 klub
- 04 Sentyabr 2025
- 23:57 Corco Armani vəfat etdi
- 23:43 2 cüdoçumuz Avropa çempionu oldu
- 23:27 Bu ölkədə Ebola virusu yenidən yayıldı - Ölənlər var
- 22:49 “Hacı xanım” məhlədə hamını şantaj edir” - VİDEO
- 22:24 Türkiyə millisi səfərdə Gürcüstana qalib gəldi
- 21:53 Əfqanıstan yenidən silkələndi
- 21:33 Rusiya XİN-dən AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı AÇIQLAMA
- 21:14 O yaralıların taleyindən hələ də xəbər yoxdur
- 20:49 “Azərbaycanla oyunda qalib gəlməliyik” - Qunnlauqsson
- 20:27 Rəqs edən oğlan qəfil öldü - Bakıda toy yasa çevrildi
- 20:07 Ağdərədə yanğın törədən şəxslər saxlanılıblar - YENİLƏNİB
- 19:37 Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
- 19:16 Dava zamanı kişinin qulağını dişləyərək qopardı - Sumqayıtda DƏHŞƏT
- 18:42 26 ölkə Ukrayna üçün hazırdır
- 18:33 Hazırda 18 yolda tıxac var - SİYAHI
- 18:04 Cəlilabadda ağır QƏZA: 8 yaralı var - YENİLƏNİB
- 17:59 Dövlət Xidməti "Telegram" hücumlarını araşdırır
- 17:45 "Rusiya aktivlərini bu yolla geri almalıdır" - Medvedev
- 17:35 Geri çağırılan səfir Leyla Abdullayevanın həyat yoldaşıdır
- 17:25 Bu klinika tibb təhsili olmayan həkimlər çalışdırır
- 17:16 AZAL “Uçuş Təhlükəsizliyi Günü” tədbiri keçirib - Yeni yanaşmalar və beynəlxalq təcrübə
- 17:09 Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində - VİDEO
- 17:09 Bu ölkədə ağır qəza oldu - Çoxlu sayda uşaq yaralandı
- 16:59 Rusiya bu diplomatı ölkədən çıxarır
- 16:55 Azərbaycan dünyanı Bakıda keçiriləcək WUF13-ə dəvət etdi
- 16:45 Pakistanda daşqın - 18 nəfər həyatını itirdi
- 16:35 Azərbaycan XİN Sudana başsağlığı verdi
- 16:28 Deputat Pərvanə Vəliyeva seçicilərlə görüşdü - FOTOLAR
- 16:22 31 yaşlı milyarder Neymarı yeganə varisi təyin etdi
- 16:16 Prezident səfiri geri çağırdı
- 15:57 Muzeydən 9,5 milyon avro dəyərində oğurluq
- 15:49 "Fənərbaxça"nın yeni baş məşqçisinin adı açıqlandı
- 15:42 “Qadın ifaçılar səhnəyə satılıq mal kimi çıxırlar" - VİDEO
- 15:31 Əfqanıstanda zəlzələdə ölənlərin sayı 2205-ə çatdı
- 15:27 Baləlinin Rəşad Dağlı ilə həbsxanadan görüntüsü yayıldı - FOTO
- 15:27 "Putin və Zelenski sülhə hazır deyil" - Tramp
- 15:10 ADSEA-ya bu qədər müraciət daxil olub
- 14:57 Qəzzada ölənlərin sayı 64 231 nəfərə çatdı
- 14:48 "Ər-arvadın yatağı ayrılıbsa, ailə çoxdan boşanıb”: PSİXOLOQ - VİDEO
- 14:47 Bellinqhemin komandadan ayrılacağı bəlli oldu
- 14:27 İndoneziyada qəzaya uğrayan helikopterin qalıqları tapıldı
- 14:20 5 aptekdə nöqsanlar aşkarlandı
- 13:56 Arı sancması öldürə bilər - Həkimdən XƏBƏRDARLIQ
- 13:41 Məktəblərdə kağız jurnallar ləğv edilir
- 13:26 Sabah hava necə olacaq?
- 13:00 Prezidentdən Yusif Səmədoğlu ilə bağlı SƏRƏNCAM
- 13:00 Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
- 12:45 "Google" 425 milyon dollar cərimələndi
- 12:26 Azərbaycanda məşhur futbolçu xəstəxanaya yerləşdirildi - Dizindən əməliyyat olundu

