"Mərkəzi Bank, “Azpulmat”ın yüksək faizlərinə stop deyin" - Vətəndaş fəryad edir (FOTO)

13:19 - 13 Mart 2025

\"Mərkəzi Bank, “Azpulmat”ın yüksək faizlərinə stop deyin\" - Vətəndaş fəryad edir (FOTO)

Vətəndaş İman İmanov “Azpulmat” kredit təşkilatından şikayətçidir. 


Manset.az-ın məlumatına görə, İman İmanov bildirib ki, adıçəkilən təşkilat ölkədən ən yüksək faizlə kredit verir:

“Azərbaycan Respublikasının Mərkəzi Bankı xahiş edirəm ki, “Azpulmat” MMC-nin kredit adı altında sələm verməsinə STOP deyin. Azərbaycan Respublikasının aztəminatlı vətandaşlarının 99,9%-ni “Azpulmat” sələmə otuzdurub. Mənə çox maraqlıdır ki, sıravi adam on faiz (10%) sələm verəndə haram olur,amma “Azpulmat” dövlət səviyyəli  sələm verir haram olmur?!”

Vətəndaşın ödəniş tarixçəsini təqdim edirik. Fotoda borcun tarixçəsi və faizi qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv