İsrail aviasiyası Suriya paytaxtında yaşayış məntəqəsinə zərbələr endirib.
Manset.az xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.
Məlumata görə, Dəməşqin şimal-qərbindəki Dummar bölgəsində yaşayış binasına hücum edilib. Tələfat və maddi dağıntılar barədə hələlik məlumat yoxdur.