22 il həbsdə yatmışdı - Oğurluğa görə yenə saxlanıldı

09:35 - 8 Yanvar 2022

22 il həbsdə yatmışdı - Oğurluğa görə yenə saxlanıldı

İsmayıllı şəhərində mobil telefon mağazasından ümumi dəyəri 4 160 manat olan 10 ədəd telefon və 300 manata yaxın pul oğurlanıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə bir neçə dəfə həbs olunan və ümumilikdə 22 il məhkumluq həyatı yaşayan Durar Qasımov saxlanılıb.

Saxlanılan şəxsin İsmayıllıda daha 2 mağazadan telefon danışıq kartları, pul, ərzaq məhsulları, eləcə də Qazax və Bakı şəhərlərində bir neçə obyektdən mobil telefonlar oğurladığı məlum olub. D.Qasımov ifadəsində törətdiyi əməlləri etiraf edib, cinayət yolu ilə əldə etdiyi mobil telefonları isə respublikanın müxtəlif şəhər və rayonlarında dəyərindən dəfələrlə ucuz qiymətə satdığını bildirib. Qeyd edək ki, telefonların bir neçəsi ondan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin