Bərdədə 32 yaşlı kişi güllələndi

21:26 - 22 Yanvar 2022

Bərdədə 32 yaşlı kişi güllələndi

Bərdə rayonunda güllələnmə hadisəsi baş verib.

Manset.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb.

Belə ki, 1990-cı ilə təvəllüdü Hüseynov İsrafil Hümbət oğlu odlu silahdan atılmış iki güllə yarası alıb.

Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək dərhal əməliyyat edilib. Xəstəxanadan əldə edilən məlumata görə, yaralının vəziyyəti ağırdır.

Hadisənin baş vermə səbəbi tam olaraq məlum deyil. Faktla bağlı araşdırma başlanıb.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin