“Prezident Kuboku 2024”: Reqatada daha medal

01:02 - 3 May 2024

“Prezident Kuboku 2024”: Reqatada daha medal

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb. 

 

Manset.az  xəbər verir ki, Nurlan Paşayev 2006-2007-ci il təvəllüdlü idmançıların mübarizəsində akademik avarçəkmə növündə gümüş mükafata sahib çıxıb.

Paşayev 1500 metr məsafəyə yarışda ikinci olub.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Əlimurad Hacızadə qızıl, Amil Ramazanov bürünc medal əldə edib. Qiyas Əhmədov - Vacib Babayev (2008-2009 təvəllüdlü) cütlüyü də bürünc medala sahib çıxıblar. Onlar 500 metr məsafəyə kayak yarışında üçüncü olublar.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin