Həmkəndlisini ürəyindən bıçaqlayıb öldürdü

10:20 - 6 May 2022

Həmkəndlisini ürəyindən bıçaqlayıb öldürdü

Tovuzda 34 yaşlı kişi həmkəndlisini ürəyindən bıçaqlayaraq öldürüb. 

 

Rayon prokurorluğundan Manset.az-a bildirilib ki, mayın 5-də Əyyublu kənd sakini Bəxtiyar Əkbərovun öldürülməsi barədə quruma məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1988-ci il təvəllüdlü Tural Hüseynovun Bəxtiyar Əkbərovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Tural Hüseynov şübhəli şəxs qismində tutulub, istintaq davam edir.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin