Güclü külək Bakıda fəsad TÖRƏTDİ - Dayanacaq AŞDI

22:13 - 6 May 2022

Güclü külək Bakıda fəsad TÖRƏTDİ - Dayanacaq AŞDI

Bakıda güclü külək dayanacağı aşırıb.

Manşet.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, avtobus dayanacağı küləyə davam gətirməyərək aşıb. Xəsarət alanlar barədə məlumat yoxdur.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın 2 gün ərzində ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edəcək. Mayın 8-də gündüz saatlarından küləyin sürətinin tədricən zəifləyəcəyi gözlənilir.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin