İmişlidə mikroavtobusla minik maşını toqquşdu - Xəsarət alanlar var (FOTO)

12:28 - 7 May 2022

İmişlidə mikroavtobusla minik maşını toqquşdu - Xəsarət alanlar var (FOTO)

İmişlidə yol qəzası baş verib.

 

Manset.az APA-a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun İmişli rayonunun Xəlifəli kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı mikroavtobusun “Mercedes” markalı minik maşını ilə toqquşması nəticəsində Beyləqan sakinləri, 1994-cü il təvəllüdlü Quluzadə Allahverdi Mübariz oğlu, 1987-ci il təvəllüdlü Quliyev Rafət İlqar oğlu və Sabirabad rayonunun Qalaqayın kənd sakinləri, 1993-cü il təvəllüdlü Qurbanov Akif Musa oğlu, 1993-cü il təvəllüdlü Məmmədov Elşən Mehman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin