Əməkdar artistin anası əməliyyat olundu - FOTO

21:28 - 1 Avqust 2022

Əməkdar artistin anası əməliyyat olundu - FOTO

"Mənim anam Qumru xanım İrəvan qızıdır, Basarkeçərdə doğulub. Atam isə Göyçə mahalında dünyaya gəlib. Hər ikisi vətən aşiqi, sevdalısıdır. Atam bu dünyanı Qarabağ sevincini yaşamadan dəyişdi. Anam isə hazırda Gəncədə göz əməliyyatı keçirir".

Manset.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında yazıb.

Anasının gənclik illərində çəkdirdiyi arxiv fotosunu paylaşan sənətçi, onun gözündən əməliyyat olunduğunu bildirib.

"Nəhayət ki, uzun müddətdən sonra razılığa gəldi, gözlərinin mirvari suyunu duruluğa çıxaracaq. Deyir ki, gözüm yaxşı görsə, sonra gəl səni də bu həkim əməliyyat etsin. Anam çox ürəklidir.

Neçə vaxtdır gözlərimdə, dişimdə problem var. Qorxumdan gedib, bu problemləri aradan qaldırmıram. Əsl müsəlman məsələsi. Yəqin gözləyirəm ki "nasılka"da aparsınlar. İnşallah elə olmaz".

Qeyd edək ki, A.Haşımova xərçəngdən əziyyət çəkən bacısı Şəhlanın bir neçə gün əvvəl Milli Onkologiya Mərkəzində əməliyyat olunduğunu, xəstəliyə tam qalib gəldiyini açıqlamışdı.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin