Ukraynanın Xerson vilayətinin Mirolyubovka kəndində Ukrayna bayrağı qaldırılıb.
Manset.az xəbər verir ki, bununla bağlı kadrlar Ukrayna Müdafiə Nazirliyinin “Telegram” kanalında yayımlanıb.
Görüntülər 128-ci Dağ Hücum Briqadası tərəfindən qeydə alınıb.
Bildirilib ki, Ukraynanın cənubda Rusiya işğalına qarşı hücumlar davam etdirilir.