Rusiya-Ukrayna-ABŞ danışıqları başladı

14:36 - 04 Fevral 2026

Rusiya-Ukrayna-ABŞ danışıqları başladı

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların ikinci mərhələsi başlayıb.
Danışıqların iki gün, 4-5 fevral tarixlərində davam etməsi gözlənilir.


Manset.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, görüş qapalı keçirilir və ondan sonra mətbuat konfransı planlaşdırılmır.

TASS-ın məlumatına görə, Əbu-Dabidəki danışıqlar Ukraynanın NATO-ya qoşulmaması şərti ilə aparılır.
Politico Ukrayna və Amerika rəsmilərinə istinadən qeyd edir ki, danışıqların ikinci mərhələsi gözləniləndən daha ümidverici ola bilər.

Nümayəndə heyətlərinin əvvəlcə 1 fevral bazar günü görüşməsi planlaşdırılırdı, lakin təzirə salındı. Kreml təxirə salınmanı "üç tərəf arasında qrafik ziddiyyətləri" ilə izah etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az