İsrail Livanla razılığa gəldi

16:32 - 11 Oktyabr 2022

İsrail Livanla razılığa gəldi

İsrailin baş naziri Yair Lapid ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlardan sonra İsrail və Livanın dəniz sərhədlərinin demarkasiyası ilə bağlı razılığa gəldiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Lapid, "Bu, İsrailin təhlükəsizliyini gücləndirəcək, İsrail iqtisadiyyatına milyardlarla dollar töhfə verəcək və şimal sərhədimizi sabitləşdirəcək tarixi nailiyyətdir" – deyə, bildirib.

Livanın Baş Müzakirəçisi və Parlamentin sədri Elias Bou Saab, sözügedən razılaşmanın Livanın bütün tələblərinin nəzərə alındığı bir razılaşma olduğunu ifadə edərək, "Qarşı tərəfin də eyni şəkildə hiss etməsi lazım olduğuna inanırıq" - deyib.

Müqaviləni hər iki ölkənin liderləri imzalamalıdır.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin