Zaxarova Ukraynanın onu beynəlxalq axtarışa verməsinə münasibət bildirdi

18:39 - 11 Oktyabr 2022

Zaxarova Ukraynanın onu beynəlxalq axtarışa verməsinə münasibət bildirdi

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın onu beynəlxalq axtarışa verməsinə münasibət bildirib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə Ukraynanın onu beynəlxalq axtarışa verməsinin fəaliyyətinə, ölkə xaricinə çıxmasına təsir edib-etməməsi ilə bağlı suala belə cavab verib:

“Mən Rusiya Xarici İşlər Nazirliyindəyəm. Bunu gizlətməmişəm. Bu barədə anons da olub”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik Xidməti Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı axtarışa verib. Zaxarova Ukrayna Cinayət Məcəlləsinin 110.2 maddəsi ilə (Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına təhdid) axtarışa verilib.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin