Türkiyə və Rusiyanın müdafiə nazirləri Ukraynadakı vəziyyəti müzakirə etdilər

20:12 - 11 Oktyabr 2022

Türkiyə və Rusiyanın müdafiə nazirləri Ukraynadakı vəziyyəti müzakirə etdilər

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı aparıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, danışıq zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə Ukrayna və Suriya müzakirə edilib.

Taxıl daşınmasında uğurlu inkişafın qiymətləndirildiyi danışıqda humanitar yardımlara hər cür dəstəyi verməyə çalışan Türkiyənin bölgədə sülhün bərqərar olması üçün üzərinə düşəni etməyə hazır olduğu bir daha ifadə olunub.

Nazir Akar Suriyanın şimalında terror təhlükəsinin və dəhlizinin daimi olaraq qarşısının alınması, terror təşkilatlarının zərərsizləşdirilməsinin əsas prioritet olduğunu deyib. Bu məsələ ilə bağlı əldə edilmiş razılaşmalara əməl olunmasının vacibliyi bir daha vurğulanıb.

 


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin