NASA asteroidin istiqamətini dəyişməyə müvəffəq oldu

10:12 - 12 Oktyabr 2022

NASA asteroidin istiqamətini dəyişməyə müvəffəq oldu

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) asteroidi yönləndirmək cəhdinin uğurlu olduğunu açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, NASA-nın “Dart missiyası” çərçivəsində kosmosa göndərdiyi kosmik gəmi birbaşa zərbə ilə “Dimorfos” adlı asteroidlə toqquşub.

Missiyanın məqsədi iri miqyaslı asteroidin Yerlə toqquşmasının qarşısını almaq üçün yönünü necə dəyişdirə biləcəyini müəyyən etmək idi.

Alimlər kosmosda və Yerdə teleskoplarla apardıqları ölçmələr sayəsində 160 metr enində orbitə sahib olan Dimorfos asteroidinin istiqamətinin dəyişdiyini təsbit ediblər.

Dartın missiyasının uğuru göstərdi ki, hədəf çox böyük olmasa və qabaqcadan planlaşdırıla bilsə, Yer üçün təhlükələrlə mübarizə aparmaq olar.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin