Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi - FOTO
3 May 2024
10:20 - 12 Oktyabr 2022
Rusiya Federal Təhlükəsizlik Xidməti Krım körpüsünün partladılmasında beş Rusiya, üç Ukrayna və Ermənistan vətəndaşının saxlanıldığını elan edib.
Manset.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“Krım körpüsündə terror aktının təşkilatçısı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləri olub. Saxlanılanlar isə cinayətin hazırlanmasında iştirak ediblər”, - məlumatda deyilir.
Qeyd edilib ki, hücum üçün bomba film rulonlarında kamuflyaj edilib. Partlayıcı maddələr Odessadan Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin