Yeni həyat ümidi ilə 200 min dollara bədənlərini DONDURDULAR

15:48 - 14 Oktyabr 2022

Yeni həyat ümidi ilə 200 min dollara bədənlərini DONDURDULAR

ABŞ-də bir laboratoriya gələcəkdə texnologiyanın inkişafı ilə həyata qayıda biləcəklərinə inanan onlarla insanın cansız bədənlərini 200 min dollara dondurub.

 

Manset.az xarici mediaya istinadən məlumatına görə, ABŞ-nin Arizona ştatının Skottsdeyl şəhərində yerləşən “Alcor Life Extension Foundation” gələcəkdə həyata qayıtmağa ümid edən insanların cəsədlərinin dondurulması prosesini davam etdirir. Bu günə qədər fond 199 nəfərin meyitini və beynini donduraraq maye azotla doldurulmuş çənlərə yerləşdirib.

Alcor tərəfindən "xəstələr" olaraq adlandırılan dondurulmuş insanların çoxu xərçəng, ALS və ya müalicəsi olmayan başqa bir ölümcül xəstəlikdən ölüb.

İlk dəfə 1960-cı illərdə tətbiq edilən cəsədlərin dondurulması prosesi insanların ölümünün qanuni şəkildə bildirilməsi nəticəsində başlanır. Bu insanların bədənlərindəki qan və digər mayelər öldükdən sonra boşaldılır və buz kristallarının əmələ gəlməsinin qarşısını almaq üçün bədənlərinə kimyəvi maddələr vurulur. Dondurulmağa hazırlanan insanların cəsədləri mənfi 196 dərəcədə maye azotla doldurulmuş çənlərə yerləşdirilir. Bir cəsədin tam dondurulmasının minimum qiyməti 200 min dollardır. Qurum 80 min dollara insanların ancaq beynini dondurur.

Alcor tərəfindən edilən açıqlamada, quruma müraciət edən və hazırda sağ olan 1400 nəfərin “Alcor”u həyat sığortası poliçelərindən faydalanan şəxs olaraq göstərdiyi bildirilib.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin