Qərbi ayağa qaldıran görüntü: Qiyamət təyyarələri NATO-nun burnunun dibinə gəldi – FOTO

16:38 - 14 Oktyabr 2022

Qərbi ayağa qaldıran görüntü: Qiyamət təyyarələri NATO-nun burnunun dibinə gəldi – FOTO

Yaxın vaxtlarda alyansa qoşulacağı gözlənilən NATO üzvü Norveç və Finlandiya ilə sərhəd yaxınlığındakı Olenya aviabazasına Rusiya nüvə bombardmançı təyyarələrinin yerləşdirilməsi qalmaqala səbəb olub.

 

Manset.az xarici mediaya istinadən məlumatına görə, peyk görüntüləri bombardmançıların sayının artdığını göstərir.

İsrailin “ImageSat Intl” kəşfiyyat firmasının əldə etdiyi görüntülərdə Rusiyanın Kola yarımadasındakı hərbi bazadakı bombardmançılar aydın görünür.

Armageddon və ya “qiyamət təyyarələri” kimi tanınan TU-160 və TU-95-lər adətən Moskvadan 450 mil cənub-şərqdə yerləşən Engels aviabazasında yerləşdirilir.

Lakin yeni görüntülərdə bombardmançıların NATO üzvü Norveçin və tezliklə ittifaqa qoşulacaq olan olacaq Finlandiyanın lap yaxınlığına gətirildiyi görünür.

 



Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin