“Rusiyada qismən səfərbərlik başa çatır” - Putin

17:18 - 14 Oktyabr 2022

“Rusiyada qismən səfərbərlik başa çatır” - Putin

"Rusiyada qismən səfərbərliklə bağlı tədbirlər başa çatır. Qismən səfərbərliyin 2 həftə ərzində başa çatdırılması planlaşdırılır”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, səfərbərlik çərçivəsində orduya 220 min nəfər cəlb olunub.

Putin, həmçinin qeyd edib ki, Müdafiə Nazirliyindən səfərbərliklə bağlı yeni təkliflər daxil olmayıb və əlavə səfərbərliyin keçirilməsi planlaşdırılmır.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin