VAR “Qarabağ”a yox deyir - VİDEO

23:23 - 3 Noyabr 2022

VAR “Qarabağ”a yox deyir - VİDEO

UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda keçirilən “Qarabağ” - “Frayburq” oyununda hakimlərin qərarları müzakirəyə səbəb olub.

 

Manset.az xəbər verir ki, oyunun 51-ci dəqiqəsində qonaq komandanın futbolçusu ağdamlıların müdafiəçisi Marko Veşoviçə qarşı kobud oynayıb.

Əvvəlcə, belaruslu referi Aleksey Kulbakov 11 metrlik nöqtəni göstərsə də, VAR müzakirəsindən sonra qərarı ləğv edib. Bundan cəmi 4 dəqiqə sonra Marko Veşoviç qol vurub.

Lakin bu dəfə də hakim VAR-la məsləhətləşdikdən sonra qolu qeydə almayıb. 61-ci dəqiqədə isə Kulbakov VAR-a baxaraq Kevin Medinanı qırmızı vərəqə ilə meydan qovub.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin