Həkəri çayına növbəti dəfə balıq körpələri buraxılacaq

10:26 - 4 Noyabr 2022

Həkəri çayına növbəti dəfə balıq körpələri buraxılacaq

Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin mühafizəsinə və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədilə Zəngilan rayonu ərazisindən keçən Həkəri çayına növbəti dəfə balıq körpələrinin buraxılışı həyata keçiriləcək.

 

Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Manset.az-a bildirib ki, çaya balıqartırma zavodlarında yetişdirilən 200 000 çəkikimi balıq körpəsi buraxılacaq. 

Balıq körpələrinin artırılaraq su hövzələrinə buraxılmasının Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpası baxımından olduqca əhəmiyyətli olduğunu qeyd edən Nazirlik rəsmisinin sözlərinə görə, Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzəsinə mütəmadi olaraq balıq körpələrinin buraxılışı həyata keçirilir və bu aksiyalar gələcəkdə də davam edəcək.

 "Ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verən bu cür aksiyalarda balıq yetişdirən müəssisələri yaxından iştiraka, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırırıq".


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin