Sintetik ətə verdiyi dəstəyi ilə tanınan Bill Qeyts bu məhsulların gələcəyindən danışıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qeyts, süni ətlərin bazar payının hələlik kiçik olduğunu, lakin bunun gələcəkdə ABŞ-da istehlakçılar üçün "çox yaxşı seçim" olacağını söyləyib.
O, qeyd edib ki, bəzi bölgələrdə uşaqların 10 faizdən çoxu 5 yaşına çatmamış ölür, 30 faizdən çoxu isə qida çatışmazlığından əziyyət çəkir.
Buna baxmayaraq, "hələ də dəhşətli nəticələrin qarşısını almaq mümkün olduğuna inandığını" söyləyib.
Qeyts deyib ki, varlı ölkələr iqlim böhranı ilə mübarizə aparmaq üçün yalnız 100 faiz sintetik ət yeməlidirlər:
80 ən kasıb ölkənin sintetik mal əti yeyəcəyini düşünmürəm. Düşünürəm ki, bütün zəngin ölkələr 100 faiz süni ətə keçməlidir. Bunların zamanla daha da dadlı olacağı iddia edilir.
Manşet.az