Bu nömrədən sizə zəng gəlibsə polisə müraciət edin - VİDEO

22:01 - 3 Fevral 2023

Bu nömrədən sizə zəng gəlibsə polisə müraciət edin - VİDEO

Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları almaq məqsədilə kütləvi talama əməllərində şübhəli bilinən 1990-cı il təvəllüdlü Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

 

DİN-in mətbuat xidmətindən Manset.az-a bildirilib ki, o, elan saytlarında satışa qoyulan mobil telefonları satan şəxslərlə əlaqə yaradaraq, onların bank kartlarının 16 rəqəmini əldə edərək, sms vasitəsilə təsdiqləyici kodu alaraq kartda olan vəsaitləri talayıb. Ayrı-ayrı şəxslərə məxsus 30-dan artıq bank kartına müdaxilə edən şübhəli şəxs əsasən 070 432-90-90, 070 564-58-58 nömrələrindən istifadə edib.

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa polisə müraciət etmələri tövsiyə olunub.


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin