Avropa ölkələri İranla bağlı bu qərarı ləğv etdilər

14:53 - 10 Mart 2023

Avropa ölkələri İranla bağlı bu qərarı ləğv etdilər

Böyük Britaniya, Fransa və Almaniya İranla ticarəti davam etdirmək üçün 2019-cu ildə yaradılan özəl ödəniş şirkəti INSTEX ilə bağlı birgə bəyanat yayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-ın İrana qarşı sanksiyalarına qarşı Almaniya, İngiltərə və Fransanın qurduğu ticarət mexanizmi olan INSTEX-in 10 Avropa ölkəsinin iştirakı ilə ləğv edilməsi qərara alınıb.

Açıqlamada INSTEX-in səhmdarları olan Belçika, Danimarka, Finlandiya, Fransa, Almaniya, Hollandiya, Norveç, İspaniya, İsveç və İngiltərənin şirkəti ləğv etmək qərarına gəldiyi bildirilib.

INSTEX-in Avropa ilə İran arasında, xüsusilə dərman və qida kimi məhsullarda qanuni ticarəti asanlaşdırmaq üçün yaradıldığını xatırladaraq, 4 ildir Avropa ilə İran arasında ticarət fəaliyyətini asanlaşdırmağa çalışdığı bildirilib.

Bəyanatda, “İran sistematik şəkildə və siyasi səbəblərə görə INSTEX-in mandatını yerinə yetirməsinə mane olub” – deyilir.

İranın 2020-ci ildə Avropadan İrana tibbi ləvazimatlar ixracı üçün INSTEX ilə yalnız 1 əməliyyat həyata keçirməyə razılaşdığını xatırladaraq, İranın Aİ ölkələri, İngiltərə və Norveçlə müxtəlif əməliyyat təkliflərini davamlı və qəsdən blokladığı irəli sürülüb.

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv