Azərbaycanda torpaq üstündə dava : Xəsarət alanlar var

18:50 - 12 Aprel 2023

Azərbaycanda torpaq üstündə dava : Xəsarət alanlar var

İsmayıllı rayonunda ata-oğulla həmkəndlisi arasında dava olub, xəsarət alanlar var.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Uştal kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1972-ci il təvəllüdlü Etibar Qurbanov və oğlu, 1994-cü il təvəllüdlü Hicran Qurbanovla həmkəndliləri - 1986-cı il təvəllüdlü Raqib Qasımov arasında torpaq üstündə mübahisə yaranıb. Daha sonra onlar dava edib və bir-birilərinə xəsarət yetiriblər.

Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin