Bakıda gözəllik salonunda törədilən qətlin TƏFƏRRÜATI - VİDEO

21:49 - 13 Aprel 2023

Bakıda gözəllik salonunda törədilən qətlin TƏFƏRRÜATI - VİDEO

Bakıda 37 yaşlı qadın qətlə yetirilib.

 

Manset.az  Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 12:40 radələrində paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Gözəllik salonunda işləyən Aygün Yusifova öldürülüb.

Yaxınlıqda yaşayanlar deyirlər ki, qətlə yetirilən qadın gözəllik salonunda dırnaq ustası kimi çalışırmış. Onun 2 övladı olduğu bildirilir.

Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin