“Aktyorlar üçün qəbiristanlıq yaradılsın” - Afaq Bəşirqızı (VİDEO)

19:14 - 14 Aprel 2023

“Aktyorlar üçün qəbiristanlıq yaradılsın” - Afaq Bəşirqızı (VİDEO)

"Neçə vaxtdır deyirəm ki, aktyorlar üçün qəbristanlıq yaradılsın. Çünki aktyorlar, incəsənət adamları rəhmətə gedəndə hamı qalır bir-birinə baxa-baxa. Çətinlik çəkilir, gözləyirlər ki, Qurd qapısından, Xırdalandan xəbər verilməlidir".

 

Manset.az  bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "ATV səhər" verilişinə müsahibəsində deyib.

Aktrisa Rusiyada olan "Novodeviçye" qəbristanlığını misal çəkərək Azərbaycanda da eynisinin yaradılmasını təklif edib:

"Tanınmış aktyorlar bir yerdə dəfn edilməlidir. "Novodeviçye" qəbristanlığına giriş bizim pulla 5 manatdır. Oradan yığılan pul isə işçilərə verilir. Onlar da qəbirləri, otları təmizləyir, çiçəklər əkirlər".

Qeyd edək ki, A.Bəşirqızı təklifi bir neçə gün əvvəl keçirilən Teatr Forumunda da edib.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin