3 universitetin tələbələri arasında dava - Bıçaqlanan var

17:18 - 17 Aprel 2023

3 universitetin tələbələri arasında dava - Bıçaqlanan var

Bakıda tələbələr arasında dava olub, xuliqanlıq hərəkətləri törədilib.

 

Manset.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün 2003-cü il təvəllüdlü tələbəyə kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən, müxtəlif ali təhsil müəsissələrindən olan bir neçə tələbə saxlanılaraq məsuliyyətə cəlb edilib.

Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Faktla bağlı Nərimanov RPİ-də xuliqanlıq ittihamı ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə zamanı 3 universitetin tələbələrinin dava etdiyi bildirilir. Xəsarət alan tələbə hazırda xəstəxanadadır. Vəziyyətinin orta olduğu bildirilir.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin