Ucarda 18 yaşlı qız müəmmalı şəkildə öldü

00:00 - 22 Aprel 2023

Ucarda 18 yaşlı qız müəmmalı şəkildə öldü

Ucarda 18 yaşlı qız müəmmalı şəkildə ölüb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, rayonun Qazyan kənd sakini, 2005-ci il təvəllüdlü Kamilə Yaqub qızı Ələkbərovanın halı yaşadığı evdə qəflətən pisləşib.

Təcili tibbi yardım avtomobili ilə xəstə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, o, həyatını itirib.

Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

İlkin ehtimala görə, ölümə səbəb arterial təzyiqin düşməsi olub.

Meyit aidiatı üzrə təhvil verilib.

Fakt araşdırılır.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin