Azərbaycan və Ermənistan XİN başçıları bu tarixdə görüşəcək

19:53 - 10 May 2023

Azərbaycan və Ermənistan XİN başçıları bu tarixdə görüşəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla mayın 19-da Rusiyanın ev sahibliyi ilə Moskvada görüşəcək.

 

Manset.az xəbər verir ki, bu haqda məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan verib.

Badalyan qeyd edib ki, iki nazir sülh sazişi üzrə danışıqları davam etdirəcək.

Qeyd edək ki, martın 1-4-də Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin ev sahibliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin