ATƏT-də erməni təxribatı müzakirə olundu

18:38 - 11 May 2023

ATƏT-də erməni təxribatı müzakirə olundu

ATƏT Daimi Şurasının iclasında Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatla bağlı məsələ qaldırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli Tvitter hesabında bildirib.

“Bu cür əməllər sülh prosesini baltalayır və beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır. Ermənistanın sülhə məcbur edilməsi və onu normallaşma prosesinin məntiqində saxlanılması üçün əlavə tədbirlər görülməlidir”, - deyə o qeyd edib.

Xatırladaq ki, mayın 10-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətindəki mövqelərindən Ordumuzun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla növbəti dəfə təxribat törədib.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin