Marketdə nöqsanlar aşkar olundu

18:19 - 25 May 2023

Marketdə nöqsanlar aşkar olundu

İsmayıllı rayonunda fəaliyyət göstərən marketdə nöqsanlar aşkarlanıb.

 

Bu barədə Manset.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən İsmayıllı rayonu, Kürdmaşı kəndində fəaliyyət göstərən, fiziki şəxs Məcidov Azad Azər oğluna məxsus marketdə planlı yoxlama aparılıb. Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, marketdə yararlılıq müddəti bitmiş malların satışının həyata keçirildiyi, bəzi məhsulların (yumurta, toyuq) müşaiyətedici sənədlərinin olmadığı, çörək və un məmulatlarının bağlı dolablarda və ya stellajlarda saxlanılmadığı, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, qapaqlı tullantı qabından istifadə edilmədiyi, bəzi məhsulların birbaşa döşəmə üzərində saxlanıldığı müəyyən olunub. Aşkarlanmış nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Yararlılıq müddəti bitmiş məhsullar satışdan çıxarılıb və müəssisənin rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin