Polşa və Almaniya arasında GƏRGİNLİK: Tələb etdiyimiz müharibə təzminatlarından imtina etməyəcəyik

13:30 - 26 May 2023

Polşa və Almaniya arasında GƏRGİNLİK: Tələb etdiyimiz müharibə təzminatlarından imtina etməyəcəyik

Polşanın Baş naziri Mateusz Moravietski Polşa və Almaniya arasındakı vəziyyətlə bağlı dəyərləndirmə edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Moravietski Almaniya ilə əlaqələrinin uzun illər davam edəcəyini, lakin ölkəsinin İkinci Dünya Müharibəsindəki itkilərə görə istədiyi təzminatdan vaz keçməyəcəyini bildirib.

Almaniyanın Varşava səfiri Tomas Baggerin iki ölkə arasında təzminat məsələsinin hüquqi baxımdan bağlandığına dair açıqlamalarını xatırladan baş nazir, “Allah bizə min il yan-yana yaşamağı nəsib etsin, amma təzminatları ən azından minimum ölçüdə tanıyıb göz yaşlarını, baş verənləri düzəltmək, əlbəttə ki, müsbət hal olacaq" – deyib.

Moravietski, Baggerin təkcə mənəvi deyil, həm də siyasi və sosial baxımdan səhv etdiyini bildirib.

O, Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mularçikin Almaniyadan müharibə təzminatı almaq üçün böyük səylər göstərdiyini vurğulayıb: “Bu, uzun bir proses olacaq, lakin biz bundan heç vaxt vaz keçməyəcəyik və inanıram ki, gələcək nəsil siyasətçilər də bunu tələb edəcəklər”.

Manşet.az


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin