Bu görüntülərdən sonra klub prezidenti saxlanıldı

13:38 - 26 May 2023

Bu görüntülərdən sonra klub prezidenti saxlanıldı

El Salvadorda stadiona daxil olarkən yaranan izdiham nəticəsində 12 nəfər həyatını itirdikdən sonra klub prezidenti və menecerləri səhlənkarlığa görə saxlanılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, El Salvador Respublika Prokurorluğunun əmri ilə Alianza FK futbol klubunun prezidenti Pedro Hernandez, iki menecer və stadion rəsmiləri haqqında həbs qərarı çıxarılıb. Saxlanılanlar 12 nəfərin ölümünə səbəb olmaqda və stadion qaydalarını pozmaqda ittiham olunublar.

Prokurorluqdan verilən açıqlamada izdihamın yaranmasına səbəb olan səhlənkarlığa diqqət çəkərək, "Stadionun giriş qapıları yetərli deyil və təhlükəsiz giriş üçün əvvəlcədən lazımi planlaşdırma aparılmayıb. Matçın biletləri satıldıqdan sonra qanunsuz olaraq bilet satışı davam edib. Təşkilatda hərislik insan itkisinə, yaralanmalara və azarkeşlərin həyatını təhlükəyə atmasına səbəb olub” – bildirilib.

Futbol komandalarının stadiona girməyə cəhd etməsindən sonra yaranan izdihamda 12 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Qapılar bağlandıqdan sonra çoxlu sayda azarkeş Cuscatlan stadionuna daxil olmağa çalışıb və izdiham yaranıb.

Ölkə prezidenti Nayib Bukele hadisə ilə bağlı "hərtərəfli araşdırma" aparılacağını bildirib.

Manşet.az


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin