Uçuş zamanı qapını açan sərnişin saxlanıldı

13:57 - 26 May 2023

Uçuş zamanı qapını açan sərnişin saxlanıldı

Cənubi Koreyada uçuş zamanı təcili çıxış qapısını açan sərnişin enişdən sonra polis tərəfindən saxlanılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cənubi Koreyanın Ceju adasından havaya qalxan Asiana Airlines-a məxsus sərnişin təyyarəsindəki bir şəxs havada olan zaman təcili çıxış qapısını açıb. Təyyarənin qapısı açıq vəziyyətdə Daequ Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib.

Cənubi Koreyanın rəsmi xəbər agentliyi 30 yaşlarında olan kişi sərnişinin təyyarə enişindən sonra polis tərəfindən saxlanıldığını açıqlayıb. Aviaşirkət hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Manşet.az


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin