“Çinli haker qrupu ABŞ infrastrukturuna sızıb” - Kəşfiyyat agentləri həyəcan təbili çaldı!

14:57 - 26 May 2023

“Çinli haker qrupu ABŞ infrastrukturuna sızıb” - Kəşfiyyat agentləri həyəcan təbili çaldı!

ÇİN administrasiyasının dəstəklədiyi “Volt Tayfun” adlı haker qrupunun ABŞ-ın kritik infrastruktur şəbəkələrinə sızdığı bildirilir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ, Avstraliya, Kanada, Yeni Zelandiya və İngiltərənin yaratdığı “Beş Göz” adlı kəşfiyyat koalisiyasının birgə bəyanatında oxşar fəaliyyətlərin qlobal miqyasda baş verə biləcəyi xəbərdarlığı edilib. Mövzu ilə bağlı Microsoft texnologiya şirkəti ətraflı xəbərdarlıq mətni yayıb. 2021-ci ilin ortalarından fəaliyyət göstərən “Volt Typhoon” haker qrupunun kiberhücum edərək ABŞ-ın Sakit Okeandakı strateji hərbi bazası olan Quamdakı kritik infrastrukturu hədəf aldığını bildirilib.

Qrupun hücum üsullarının aşkar edilməsinin çətin ola biləcəyi vurğulanmaqla yanaşı, Microsoft-un xəbərdarlıq mətnində oğurluqda şübhəli bilinən hesabların bağlanması və ya dəyişdirilməsi barədə xəbərdarlıq edilib. Pekin administrasiyası isə bu iddiaları “Beş Göz” koalisiya ölkələrinin dezinformasiya kampaniyası kimi rədd edib.

Manşet.az


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin