Daşqınlar nəticəsində 13 nəfər öldü

15:21 - 26 May 2023

Daşqınlar nəticəsində 13 nəfər öldü

Əfqanıstanın müxtəlif əyalətlərində son günlər yağan güclü yağışlar nəticəsində baş verən daşqınlar nəticəsində 13 nəfər ölüb, 8 nəfər yaralanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Taliban müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi mövzu ilə bağlı mətbuata açıqlama verib.

Rəhimi bildirib ki, daşqınlar ən çox Lagman, Paktiya, Daykundi, Xost, Nangerhar, Meydan Wardak, Qəndəhar, Baglan və Gor əyalətlərinə təsir edib.

13 nəfərin həyatını itirdiyini, 8 nəfərin yaralandığını açılayan Rəhimi bəzi bölgələrdə yolların və su kanallarının dağıldığını bildirib.

3000 hektardan çox kənd təsərrüfatı sahəsi və 56 evə də ziyan dəyib.

Manşet.az


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin